(070) 224-10-12

“EKİZİN”in veb səhifəsinə xoş gəlmisiniz!

Əkiziniz “EKİZİN”də !!!

XXI əsrdə yaşamağın özəlliklərindən biri də fotoşəklinizi əvəz edəcək tam rəngli kiçik heykəlinizi - 3D fiqurunuzu əldə edə bilmənizdir.

“Ekizin”-də skanerlə taranaraq (skan edilərək) bir-neçə günə 3D fiqurunuzu - əkizinizi ala bilərsiniz. Bu fiqura başqa yaxınlaşma da mümkündür  -

Siz özünüzə heykəl ucaltmış olursunuz.

Xəyal hesab etdiyiniz bu fürsəti qaçırmayın!

Əkizinizlə “EKİZİN”də görüşmək zamanı gəldi!

“EKİZİN” 3 ölçülü çap (3D print) vasitəsilə təkrarolunmaz rəngli insan fiqurları və müxtəlif maketlərin hazırlanmasını həyata keçirir.

İnsan fiqrularını büst və tam boyda sifariş vermək mümkündür. Fiqurların standart ölçüləri mövcuddur.

Ailə üzvlərinin, dostların qrup şəklində kompozisiyasını fikirlə-şirsinizsə, 3D fiqurlar miqyasla hazırlana bilər. Bu halda, 3D fiqurların hündürlükləri qrupdakı adamların boyları arasındakı nisbəti saxlamış olacaq.

Məsələn, uşağın boyu 110 sm, böyüyünkü 170 sm isə, 3D fiqurlar 1/10 miqyası ilə çap olunduqda, uşaq fiquru 11 sm, böyük fiquru 17 sm olacaq.

Həyatınızdakı əlamətdar günləri silinməz xatirəyə çevirmək öz əlinizdədir

Maketlər 3D çapdan (3D print) öncə peşəkar proqramlarla redaktə olunur.

Qiymətlər maketin konstruktiv mürəkkəbliyindən, ona sərf ediləcək xam malın miqdarından asılıdır və razılaşma yolu ilə müəyyənləşdirilir.

Sevdiklərinizi heyrətləndirəcək ən gözəl hədiyyəni bizdən alin!

Taranmaya (skan olunmağa) gələrkən bəzi detallara fikir verməyiniz tövsiyyə olunur

  1. Parlaq geyimlər geyinilməməlidir.
  2. Tam ağ və ya tam qara paltarlar tövsiyyə olunmur. Əksinə, naxışlı, rəngarəng (amma parlaq olmayan) geyimlər fiqurun detallaşdırılmasına müsbət təsir göstərir.
  3. Eynək taxmaq olmaz.
  4. Çox sayda aksesuar taxmaq məqsədəuyğun deyil.
  5. Taranma zamanı 2-3 dəqiqə tərpənmədən durulmalıdır. Buna uşaqların əməl edə bilməsi çox çətin olduğu üçün, adətən tam boyda kiçik uşaq fiqurlarını düzəltmək mümkün olmur. Bu halda uşaqları sevdikləri cizgi film qəhrəmanlarının qiyafəsində çap etmək mümkündür

Sevdiklərinizi heyrətləndirəcək ən gözəl hədiyyəni bizdən alin!

İnsan fiqurlarını iki tipdə - büst və tam boyda sifariş vermək mümkündür. Fiqurların qiymətləri tipindən və hündürlüyündən asılı olaraq dəyişir

Bizimlə əlagə

Heydər Əliyev prospekti bina 60 / 1-ci blok

Email:ekizin01@gmail.com

Telefon:(070)224-10-12

Отправка формы…

На сервере произошла ошибка.

Форма получена.

Copyright 2017 © "EKIZIN" MMC